Zelenski Rusiya FTX və Maliyyə Nazirliyinə sanksiya tətbiq edib

Zelenski Rusiya FTX və Maliyyə Nazirliyinə sanksiya tətbiq edib
  01 Aprel 2023    Oxunub:1029
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti və Maliyyə Nazirliyinə qarşı on il müddətinə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.

Sənədə əsasən, Rusiya Federasiyası Prezidentinin Xüsusi Proqramlar üzrə Baş İdarəsinə, Federal Maliyyə Monitorinqi Xidmətinə, RF Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Texnologiyalar üzrə Baş Mərkəzinə və Baş Hesablama Mərkəzinə də sanksiyalar tətbiq edilib.

Həmçinin bir sıra hüquqi şəxslər də sanksiyalara məruz qalıb.

Ümumilkdə 14 məhdudlaşdırıcı tədbir həyata keçirilib.


Teqlər: Zelenski   Rusiya   Sanksiya  





Xəbər lenti