Vike-Freyberqa: “Heydər Əliyev müasirlərinin dəyər verdiyi lider idi”

 Vike-Freyberqa:    “Heydər Əliyev müasirlərinin dəyər verdiyi lider idi”
  01 Aprel 2023    Oxunub:980
“Heydər Əliyev görkəmli şəxsiyyət idi və daim müasirlərinin yüksək dəyər verdiyi lider təəssüratı doğurub”.
Bunu Latviyanın sabiq prezidenti, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin (NGBM) həmsədri Vayra Vike-Freyberqa “Trend” BİA və NGBM-in birgə layihəsi olan “Heydər Əliyev İrsi” adlı layihəsi çərçivəsində deyib.

Vayra Vike-Freyberqa 1999-cu ildə Yalta səfəri zamanı Azərbaycanın ovaxtkı prezidenti Heydər Əliyevlə görüşünü xatırlayaraq onun üçün bu hadisənin nə qədər xüsusi olduğunu qeyd edib.

“Mən ondan Qafqazdakı vəziyyət, xüsusi şərait, region ölkələrinin öz müstəqilliklərini qəti şəkildə təsdiqləmək üçün keçməli olduğu çətinliklərlə bağlı çox şey öyrəndim. O, həmçinin, keçid prosesini hələ sovet dövründən yüksək vəzifələrdə çalışmış və həmin vaxtlarda avtokratiyadan demokratiyaya keçidin ardınca gətirəcəyi hiylələri və demokratiyaya nail olmağın necə çətin olduğunu yüksək səviyyədə anlaya bilən bir dövlət xadiminin nöqteyi-nəzərindən izah edirdi”,- o deyib.
AzVision.az



Teqlər:





Xəbər lenti