ABŞ-da 450 min ev işıqsız qalıb

ABŞ-da 450 min ev işıqsız qalıb
  01 Aprel 2023    Oxunub:844
Hava şəraitinin kəskin pisləşməsi ABŞ-nin mərkəzi hissəsində yerləşən on ştatda 450 min evi və müəssisəni elektriksiz qoyub.
AzVision.az CNN telekanalına istinadla xəbər verir ki, ən çətin vəziyyət 100 minə yaxın istehlakçının enerji təminatının kəsildiyi İndiana ştatında yaşanıb. Minnesota ştatında 84 min, Ohayo ştatında 60 min, Arkanzas və İllinoys ştatlarının hər birində isə 55 min nəfər işıqsız qalıb.

Bir müddət öncə ABŞ-nin bəzi ştatlarının onlarla tornadonun təsirinə məruz qaldığı barədə məlumatlar yayılıb. İllinoys, Arkanzas, Ayova, Viskonsin, Tennessi və Missisipi ştatlarında 50-dən çox tornado baş verib.

Təbii fəlakət regionda beş nəfərin həyatına son qoyub, onlarla insan yaralanıb, infrastruktura, yaşayış binalarına və avtomobillərə ciddi zərər vurub.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti