Ermənistan və Azərbaycan nümayəndələri sərhədləri dəqiqləşdirmək üçün görüş keçirib

   Ermənistan və Azərbaycan nümayəndələri sərhədləri dəqiqləşdirmək üçün görüş keçirib
  01 Aprel 2023    Oxunub:1078
Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə TASS Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzinə istinadən məlumat yayıb.

"Tex-Kornidzor sahəsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti