Çin ABŞ şirkətini yoxlamağa başladı

Çin ABŞ şirkətini yoxlamağa başladı
  01 Aprel 2023    Oxunub:891
Çində yaddaş çipləri istehsalçısı olan ABŞ şirkəti “Micron Technology”ə qarşı təhqiqat başlayıb.
Bu barədə Çinin Kibertəhlükəsizliyə Nəzarət İdarəsinin yaydığı məlumatda deyilir. Qeyd olunub ki, bu, agentliyin son bir neçə il ərzində xarici şirkətlə bağlı ilk belə araşdırmasıdır.

“Micron” dünyanın ən böyük yaddaş çipləri istehsalçılarından biridir. Şirkətin məlumatına görə, gəlirinin təxminən 10 faizi Çin bazarından əldə edilir. “Micron”un Şenzhen və Şanxayda ofisləri var.

AzVision.az


Teqlər:





Xəbər lenti