Bayden III Çarlzın tacqoyma mərasiminə getməyəcək

Bayden III Çarlzın tacqoyma mərasiminə getməyəcək
  01 Aprel 2023    Oxunub:784
ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniya Kralı III Çarlzın may ayında Londonda keçiriləcək tacqoyma mərasimində iştirak etməyəcək.
Bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb. Belə ki, artıq xaricə səfərlər 80 yaşlı Amerika prezidenti üçün çox yorucudur, bununla əlaqədar Vaşinqton administrasiyası onların sayını minimuma endirməyə çalışır.

Məlumdur ki, Bayden aprelin 11-də Şimali İrlandiyada protestant ittifaqçıları ilə katolik millətçiləri arasında silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin imzalanmasının 25-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Belfasta gələcək. Qəzet yazıb ki, Baydenin aprelin ortalarında Şimali İrlandiyaya səfərini nəzərə alsaq, bir ay ərzində Britaniya adalarına ikinci səfəri mümkün olmayan ssenari hesab olunur.

Qeyd olunub ki, Baydenin əvəzinə mərasimdə ABŞ-ın birinci xanımı Cil Bayden iştirak edə bilər. Nəşrin yazdığına görə, Böyük Britaniyanın ABŞ-dakı səfiri Karen Pirs və Bukingem Sarayının nümayəndələri tacqoyma mərasimində Amerika nümayəndə heyətinin tərkibi ilə bağlı Ağ Evlə danışıqlar aparır.


AzVision.az


Teqlər:





Xəbər lenti