Qadın NATO-nun rəhbəri ola bilər

Qadın NATO-nun rəhbəri ola bilər
  01 Aprel 2023    Oxunub:837
Yens Stoltenberqin gedişindən sonra NATO-ya rəhbərliyi Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen edə bilər.
Bu barədə Britaniyanın “The Sun” nəşri mənbəyə istinadən yazıb. Diplomatik mənbə bildirib ki, NATO üzvü olan bir sıra ölkələr ona bu ilin oktyabrında alyansın idarəçiliyini təhvil almağı təklif ediblər. Lakin Britaniya fon der Leyenin namizədliyinə veto qoya bilər.

Buna səbəb onun Almaniya silahlı qüvvələrinin başında olan zaman göstərdiyi zəif göstəricilərdir. Qeyd edək ki, Stoltenberqin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır. O, doqquz ildir ki, alyansa rəhbərlik edir.

AzVision.az


Teqlər:





Xəbər lenti