ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edəcək

   ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edəcək
  01 Aprel 2023    Oxunub:934
Amerika Birləşmiş Ştatları administrasiyası aprelin 3-də Ukraynaya hava nəzarəti radarları, tank əleyhinə raketlər və yanacaq daşıyan maşınlardan ibarət əlavə 2,6 milyard dollarlıq hərbi yardım paketini elan edəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, yeni hərbi yardım paketində müxtəlif növ sursat, o cümlədən tank mərmiləri də ola bilər.

Qeyd edək ki, Almaniya da Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq və onu 15 milyard avroya çatdırmaq istəyir. Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 18 ədəd “Leopard 2” tankı tədarük edib.


AzVision.az


Teqlər:





Xəbər lenti