Rusiya Maksim Pokrovskini xarici agentlərin reyestrinə saldı

   Rusiya Maksim Pokrovskini xarici agentlərin reyestrinə saldı
  31 Mart 2023    Oxunub:888
Rusiya Ədliyyə Nazirliyi “Nogu Svelo!” qrupunun rəhbəri, musiqiçi Maksim Pokrovskini xarici agentlərin reyestrinə daxil edib. Bu barədə idarənin saytında məlumat verilib.
Qeyd olunur ki, Pokrovski Ukraynanı açıq şəkildə müdafiə edib və ona dəstək üçün vəsaitlərin yığılmasında iştirak edib, xarici strukturlarla qarşılıqlı əlaqədə olub və ruslar haqqında mənfi fikirlər səsləndirib. Musiqiçi son bir neçə ildi ki, ABŞ-da yaşayır.

Bundan başqa, Ədliyyə Nazirliyi siyasətçi Sergey Boykonu, jurnalist Georgi Çentemirovu, “Sosial Texnologiyalar İstixanası” layihəsini, Heteroseksuallar və LGBT Bərabərlik Alyansını, “Real Rusiya” assosiasiyasını da siyahıya daxil edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti