Türkiyədə yenə zəlzələ olub

   Türkiyədə yenə zəlzələ olub
  31 Mart 2023    Oxunub:1699
Egey dənizində 4,7 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 19:05-də Türkiyənin İzmir vilayətinin Çeşmə rayonundan 200 km aralıda qeydə alınıb.

Zəlzələnin ocağı 7,99 km dərinlikdə yerləşir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti