Əfqanıstanda məktəbə hücum: İki uşaq həlak olub

   Əfqanıstanda məktəbə hücum:    İki uşaq həlak olub
  31 Mart 2023    Oxunub:889
Əfqanıstanın şimalındakı Cövzcan vilayətində törədilən terror aktı nəticəsində iki uşaq həlak olub.
Cövzcan Polis İdarəsinin məlumatına görə, naməlum şəxs Kuş Təpə ərazisindəki təhsil müəssisəsinə qumbara atıb. Partlayış nəticəsində 2 uşaq ölüb, 4 nəfər yaralanıb.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə qızlar üçün nəzərdə tutulmuş ibtidai məktəbdə baş verib. Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti