NATO işçilərinə "TikTok"u qadağan etdi

   NATO işçilərinə "TikTok"u qadağan etdi
  31 Mart 2023    Oxunub:938
NATO təhlükəsizlik səbəbi ilə işçilərinə "TikTok" sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib. Bu barədə cümə günü NATO nümayəndələrinə istinadən CNN məlumat yayıb.
“Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO rəsmi istifadə üçün tətbiqlərin seçilməsinə ciddi tələblər qoyur. "TikTok" NATO tərəfindən təmin edilən cihazlarda mövcud deyil”, - alyansın yüksək səviyyəli rəsmisi telekanala bildirib.

CNN-in həmsöhbətlərinin sözlərinə görə, NATO rəhbərliyi cümə günü səhər saatlarında öz əməkdaşlarına bildiriş göndərib. Məktub qadağanı rəsmiləşdirib.

Bundan əvvəl Avropa Komissiyası, Aİ Şurası və Avropa Parlamentinin əməkdaşlarına "TikTok" tətbiqini ofis cihazlarına quraşdırmaq qadağan edilmişdi. Bundan əlavə, Belçika, Böyük Britaniya, Kanada, Hollandiya, Yeni Zelandiya və Çexiya da daxil olmaqla bir sıra ölkələrin səlahiyyətliləri də öz dövlət qulluqçularına TikTok-u korporativ telefonlara quraşdırmağı qadağan edib. ABŞ Konqresində sosial şəbəkənin qadağan edilməsi ilə bağlı qanun layihəsi də müzakirə olunur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti