Ukraynadan ixrac edilən taxılın 40%-i Avropa ölkələrinə göndərilib

   Ukraynadan ixrac edilən taxılın 40%-i Avropa ölkələrinə göndərilib
  31 Mart 2023    Oxunub:923
Avropa ölkələri “taxıl müqaviləsi” çərçivəsində Ukraynadan ixrac edilən taxılın 40%-ni alıb.
Bu barədə Türkiyənin “TRT Haber” nəşri məlumat yayıb. Bundan başqa, Ukraynadan dəniz yolu ilə gətirilən taxılın 30%-i Asiyaya, 12%-i Afrika ölkələrinə, 13%-i Türkiyəyə, 5%-i Yaxın Şərqə daşınıb.

Martın 19-da “taxıl müqaviləsi”nin uzadılmasından sonra Qara dənizdəki dəhlizdən 1 milyon 215 min 354 ton Ukrayna taxılını daşıyan 31 gəmi keçib. Ümumilikdə, sövdələşmə başlayandan bəri Ukraynadan 25 milyon tondan çox taxıl ixrac edilib.

Birləşmiş Millətlər Təşkilatı və Türkiyə “taxıl müqaviləsi”nin uzadılması üçün son tarix açıqlamayıb. Kreml razılaşmanın 60 gün müddətinə uzadıldığını açıqlayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti