Erməni hərbi ekspert: "Nə ruslar, nə də farslar bizi azərbaycanlılardan xilas edə biləcək"

    Erməni hərbi ekspert:   "Nə ruslar, nə də farslar bizi azərbaycanlılardan xilas edə biləcək"
  30 Mart 2023    Oxunub:1579
Erməni hərbi ekspert Vitali Manqasaryan Azərbaycan Ordusunun yeni əraziləri nəzarətə götürməsini şərh edib. AzVision.az xəbər verir ki, "Mamul" saytına danışan Manqasaryan “azərbaycanlı hərbçilər artıq Qarabağı Ermənistanla birləşdirən yolun başlanğıcında, Tex kəndi yaxınlığındadır" deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun bu mərhələdə əsas vəzifəsi separatçıların qondarma ordusunu tam şəkildə sıradan çıxarmaq, İrəvanla olan əlaqələrini kəsməkdir. Bu isə gələcəkdə Ermənistanla genişmiqyaslı əməliyyatlar olacağı təqdirdə Qarabağ cəbhəsində problemin olmamasını qarantiya edir.

Erməni nazir müavini ordumuzla bağlı sualdan yayınaraq qaçdı -VİDEO
Ekspert iddia edib ki, əgər hərbçilər indiki mərhələdə onlara tapşırılan vəzifəni həll edə bilsələr, o zaman yaxın gələcəkdə Qarabağda baş verən proseslər Ermənistan ərazisinə də keçə bilər. Orada isə nə avropalı müşahidəçilər, nə ruslar, nə farslar, nə də digərləri Ermənistanı xilas edə biləcək. Bir sözlə, ilgəyin sıxılması prosesi kulminasiya nöqtəsinə çatır...

Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi ordumuzun Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürdüyünü bəyan edib.

"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb", - nazirlikdən bildirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qarabağ  





Xəbər lenti