AEBA-nın Baş direktoru: "Tükənmiş uran mərmiləri təhlükə yaratmır"

      AEBA-nın Baş direktoru:    "Tükənmiş uran mərmiləri təhlükə yaratmır"
  30 Mart 2023    Oxunub:802
Böyük Britaniyanın Ukraynaya tədarük etməyi planlaşdırdığı tükənmiş uran sursatları radioloji təhlükə yaratmır.
Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi deyib. Eyni zamanda o qeyd edib ki, bu silahlardan istifadə məsələsi uzun müddət AEBA-də öyrənilib.

“Bu silah radioloji təhlükə daşımır. Amma hər halda, bu məsələnin bizim burada gördüyümüz işə birbaşa aidiyyəti yoxdur”.

Daha əvvəl “Declassified UK” portalı məlumat vermişdi ki, Böyük Britaniyada təlimatçılar Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə tükənmiş uran sursatlarından istifadə üzrə təlim keçməyə başlayıblar.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti