Türkiyədə seçki: Müxalifət vahid namizəd seçə bilmədi

      Türkiyədə seçki:    Müxalifət vahid namizəd seçə bilmədi
  30 Mart 2023    Oxunub:888
Türkiyə müxalifəti ölkədə mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizəd irəli sürə bilməyəcək.
Bu barədə “Hürriyet” nəşri yazıb. Qəzetin yazdığına görə, “Memleket” (Vətən) partiyasının lideri Məhərrəm İncə vahid namizəd Kamal Kılıçdaroğlunun lehinə namizədliyini geri götürməkdən imtina edib. İncə Kılıçdaroğlu ilə görüş keçirib və bundan sonra kampaniyada iştirakdan imtina etməyəcəyini bildirib.

Bir çox müxalifət nümayəndələri daha əvvəl İncəni namizədliyini geri götürməyə çağırmışdı, çünki o, xalqın səsinin bir hissəsini toplaya bilər və Kılıçdaroğlunun prezident seçkilərinin ilk turunda qalib gəlməsinə mane ola bilərdi.

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Parlament Qrupu Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə bağlı qrup qərarını verib. Ərdoğan Türkiyədə mayın 14-də keçiriləcək prezident seçkisində hakim Ədalət və İnkişaf Partiyasından namizəd olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti