MDB Hökumət Başçıları Şurasının iclasının vaxtı dəyişdirildi

 MDB Hökumət Başçıları Şurasının iclasının vaxtı dəyişdirildi
  30 Mart 2023    Oxunub:714
Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası Rusiyanın tələbi ilə iyunun 8-nə təxirə salınıb.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedev məlumat verib. “Əvvəlcə iyunun 7-də Soçidə keçirilməsi planlaşdırılan Hökumət Başçıları Şurası indi Rusiya tərəfinin təklifi ilə iyunun 8-nə təxirə salınıb”, - Lebedev bildirib. İclasın təxriə salınma səbəbləri göstərilmir.

Bundan əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin MDB ölkələrinin nazirlərinin və digər forumların bu ilin iyununda Soçidə keçiriləcək iclasını elan etmişdi. O qeyd edib ki, iclasda Avrasiya Hökumətlərarası Şurası və “Avrasiya bizim evimizdir” beynəlxalq əməkdaşlıq layihələri sərgisi də keçiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti