Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb

   Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə görüşüb
  29 Mart 2023    Oxunub:864
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Qalantla görüşüb.
AzVision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb. O bildirib ki, nazirlər iki ölkə arasında strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Y.Qalant da tviter hesabında C.Bayramovla görüşü barədə paylaşım edib. O bildirib ki, C.Bayramovla ikitərəfli əlaqələri müzakirə edib.

“Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi qiymətləndirdim”, - Y.Qalant vurğulayıb.

Qeyd edək ki, C.Bayramov İsraildə səfərdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti