Akkuyu AES-ə nüvə yanacağı aprelin 27-də yüklənəcək

   Akkuyu AES-ə nüvə yanacağı aprelin 27-də yüklənəcək
  29 Mart 2023    Oxunub:782
Aprelin 27-də Akkuyu Atom Elektrik Stansiyasının birinci enerji blokuna nüvə yanacağı yüklənəcək.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Akkuyu AES-də yanacaq yükləndikdən sonra bu obyekt rəsmən nüvə obyekti sayılacaq.

Qeyd edək ki, Koreya Elektrik Enerjisi Korporasiyasının (KEPCO) baş direktoru Çon Son İl Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzə bu ölkədə ümumi dəyəri 30 milyard ABŞ dollardan çox olan 4 nüvə reaktorunun tikintisi üçün ilkin müraciət edib.

Bildirilib ki, Cənubi Koreya bu layihənin həyata keçirilməsi üçün ətraflı plan təqdim edib. KEPCO bu il nüvə obyektinin tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq və müqavilə imzalamaq niyyətindədir.

AzVision.az


Teqlər:





Xəbər lenti