Fransada nümayişlərdə 200-dən çox adam saxlanılıb

   Fransada nümayişlərdə 200-dən çox adam saxlanılıb
  29 Mart 2023    Oxunub:786
Fransa polisi pensiya islahatına qarşı 10-cu ümummilli “Hərəkət Günü”ndə baş verən iğtişaşlar zamanı 200-dən çox adamı saxlayıb.
Bu barədə çərşənbə günü ölkənin daxili işlər naziri Cerald Darmanin öz "Twitter" səhifəsində məlumat verib.

"Kütləvi aksiyalar zamanı vətəndaşların təhlükəsizliyini və əmlakın mühafizəsini təmin edən 13 min polis və jandarma təşəkkürümü bildirirəm. 201 nəfər saxlanılıb", - o deyib.

Nazir həmçinin qeyd edib ki, radikal elementlərlə toqquşmalarda 175 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Fransada sosial sistemin maliyyə tarazlığını təmin etmək məqsədilə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını və xüsusi pensiya rejimlərinin ləğvini nəzərdə tutan islahat yanvarda təqdim edilib. Təklif olunan dəyişikliklər dərhal çoxsaylı etirazlara səbəb olub.

Növbəti ümummilli etiraz aksiyası aprelin 6-na təyin edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti