İtaliyada bahalaşma: Əhaliyə kömək üçün 20 milyard avro ayrılacaq

      İtaliyada bahalaşma:    Əhaliyə kömək üçün 20 milyard avro ayrılacaq
  29 Mart 2023    Oxunub:905
İtaliya Nazirlər Şurasının iclasında elektrik enerjisinin qiymətlərinin artması fonunda ailələrə və müəssisələrə dəstək tədbirlərini ehtiva edən fərman təsdiq edilib.
Ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinin məlumatına görə, bu, təxminən 4,9 milyard avro dəyərində olan tədbirlər paketidir. Xüsusilə, illik gəliri 15 000 avrodan çox olmayan ailələr iyunun 30-dək xüsusi bonusdan - işıq və qaz pulunda endirimdən yararlana biləcəklər.

Bundan əlavə, şirkətlər 2023-cü ilin birinci rübündə 2019-cu ilin birinci rübü ilə müqayisədə elektrik enerjisi və qaz haqqı qiymətlərində 30%-dən çox artım müşahidə edərlərsə, şirkətlər 30 iyun tarixinə qədər 40% və 45% vergi güzəştlərindən istifadə etməyə davam edə biləcəklər.

İtaliyanın 2023-cü il dövlət büdcəsində enerji qiymətlərinin kəskin artması fonunda şirkətlərə və ailələrə dəstək üçün 20 milyard avrodan çox vəsaitin ayrılması nəzərdə tutulub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti