"Mona Liza"da tətilə qoşuldu: "64-ə yox"

   "Mona Liza"da tətilə qoşuldu:    "64-ə yox"
  28 Mart 2023    Oxunub:1059
Fransada pensiya yaşını 62-dən 64-ə qaldıran qanun layihəsinə etirazlar həftələrdir davam edir.
Qanun layihəsi Senat tərəfindən təsdiq edildikdən sonra etirazlar güclənib. Bununla əlaqədar ölkənin simvollarından biri və dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr dünən səhər saatlarından etibarən mədəniyyət işçiləri tərəfindən bağlanıb.

CGT-Culture və SUD Culture Solidaires birlikləri paytaxt Parisdəki muzeyin tətil elan etdiyi xəbərini mətbuata açıqlayıb.

Muzeyin Tvitter hesabında ingilis dilində verilən açıqlamada: "Tətil səbəbindən Luvr Muzeyi hələlik fəaliyyət göstərməyəcək. Anlayışınız üçün təşəkkür edirik",- ifadələri işlədilib.

Luvr qarşısında "Mona Liza tətildədir" mahnısını oxuyan və "Makron, qanununu geri götür" şüarları səsləndirən CGT və Sud Solidaire üzvü olan mədəniyyət işçiləri bu gün keçiriləcək böyük nümayişlərə də qatılacaqlarını bildiriblər. Onlar Luvrun ən əvəzsiz əsəri olan “Mona Liza” tablosundan uyğunlaşdırılmış pankart da hazırlayıblar.

Mona Lizanı yaşlandıran və "64-ə yox" yazılmış pankartı daşıyan işçilər tətilə uyğunlaşdırdıqları "Mona Liza tətildədir" mahnısını oxuyublar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti