Səudiyyə Ərəbistanında avtobus qəzası: 20 nəfər öldü

   Səudiyyə Ərəbistanında avtobus qəzası:    20 nəfər öldü
  28 Mart 2023    Oxunub:797
Səudiyyə Ərəbistanının cənub-qərbindəki Asir əyalətində sərnişinləri daşıyan avtobus yol qəzasına düşüb.
Bu barədə “Al Ekhbariya” telekanalı məlumat yayıb. Qəza nəticəsində 20 nəfər ölüb, 29 nəfər yaralanıb. Qəzanın əyləc sisteminin nasazlığı səbəbindən baş verdiyi qeyd edilib. Avtobus minik avtomobilinə çırpılaraq yan üstə aşıb və yanıb.

Xəsarət alanlar hadisə yerinə yaxın olan tibb müəssisəsinə aparılıb. Yaralıların əksəriyyətində ağır yanıq xəsarətləri var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti