KXDR nüvə başlıqlı "qiyamət günü" silahını sınaqdan keçirdi

KXDR nüvə başlıqlı "qiyamət günü" silahını sınaqdan keçirdi
  28 Mart 2023    Oxunub:1085
Koreya Xalq Demokdratik Respublikası (KXDR) nüvə başlığı daşıya bilən pilotsuz sualtı aparatla yenidən sınaqlar həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilir ki, Şimali Koreya mətbuatı martın 25-dən 27-dək “Heil-1” aparatının növbəti sınağı barədə məlumat yayıb. O, müəyyən akvatoriya ilə xüsusi marşrut üzrə Yapon dənizində 41 saat 27 dəqiqə su altında üzüb və martın 27-də səhər saatlarında sahildə dəniz hədəfinə çatıb. Qurğu su altında “sınaq döyüş başlığını” uğurla partladıb.

“Xüsusi sınaqlar nəticəsində silah sisteminin etibarlılığı və təhlükəsizliyi təsdiqlənib, aparatın suda hərəkətinin bütün taktiki və texniki göstəriciləri dəqiq qiymətləndirilib”, - "Yonhap" Şimali Koreya Mərkəzi Teleqraf Agentliyindən sitat gətirib.

Qeyd edək ki, bəzi xarici saytlar bu silahı qiyamt günü silahı kimi də təqdim edirlər. İddia olunur ki, o hətta süni sunami belə yarada bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Sınaq   Silah  





Xəbər lenti