Tramp: "Münaqişəni 24 saata Putin və Zelenski ilə həll edəcəyəm"

   Tramp:    "Münaqişəni 24 saata Putin və Zelenski ilə həll edəcəyəm"
  28 Mart 2023    Oxunub:722
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna müharibəsinin məhz indi bitməli olduğunu deyib. O, özünün cəmi 24 saat ərzində nizamlanmaya hazır olmaqla bağlı tezisini təkrarlayıb.
AzVision.az xəbər verir ki, Fox News-a müsahibə verən eks-prezident qeyd edib ki, inidiki ABŞ iqtidarı xaos yaşayır.

“Bizdə (hakimiyyətdə-red.) nə etdiklərini bilməyən insanların olması inanılmazdır. Lakin münaqişə həll olunmasa, mən özüm onu 24 saat ərzində Vladimir Putin və Volodimir Zelenski ilə həll edəcəyəm. Bunlar çox sadə danışıqlar olacaq. Amma onun nədən ibarət olacağını açıqlamayacağam. Çünki bu halda planımı həyata keçirə bilməyəcəm”, – Tramp qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Münaqişə  





Xəbər lenti