“Alibaba”nın qurucusu Çinə qayıdıb

“Alibaba”nın qurucusu Çinə qayıdıb
  27 Mart 2023    Oxunub:769
“Alibaba”nın qurucusu Cek Ma bir ildən çox xaricdə yaşadıqdan sonra Çinə qayıdıb.
Bu barədə “South China Morning Post” nəşri mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Cek Ma “Alibaba”nın əsas binasının yerləşdiyi Xançjou şəhərində təsis etdiyi məktəbə baş çəkib. Bildirilib ki, o, məktəbin müəllim və şagirdləri ilə görüşdə süni intellektə malik çatbotların tədris planı və innovativ texnologiyalarını müzakirə edib.

Cek Ma 2013-cü ildə “Alibaba”nın baş direktoru vəzifəsindən istefa verib, 2019-cu ildə isə sədr vəzifəsini tərk edib. Bundan sonra o, müxtəlif ölkələrə səyahət edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti