Rusiyada qızılcaya yoluxanların sayı artıb

Rusiyada qızılcaya yoluxanların sayı artıb
  27 Mart 2023    Oxunub:678
Rusiyanın İrkutsk vilayətində qızılcaya yoluxanların sayı 3,5 həftə ərzində 8-dən 14-ə yüksəlib. İnfeksiya üç böyük şəhərdə qeydə alınıb.
Bu barədə TASS-a Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) region üzrə departamentinin mətbuat xidmətindən məlumat verilib. Fevralın 28-də İrkutsk vilayətində qızılcaya ilk yoluxma halının, martın 2-də artıq səkkiz yoluxma halının olduğu bildirilib:

“Bölgədə 14 hadisə var, onlardan 11-i İrkutskda, ikisi Bratskda, biri Anqarskda. İnfeksiya mənbələri müxtəlifdir, lakin yayılma xaricdən gətirilən xəstəlik hallarından qaynaqlanır. İnfeksiya qonşu ölkələrdən gətirilib”.

Ümumilikdə rayonda qızılca ilə bağlı vəziyyət idarəolunan səviyyədədir. Səlahiyyətlilər əvvəllər bildirmişdilər ki, tibb müəssisələri qızılca xəstəliyinin müalicəsi və profilaktikası üçün lazım olan hər şeylə təmin olunub, rayon və şəhər xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində yoluxmuş insanları yerləşdirmək üçün kifayət qədər yer var.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti