Polşa “MiQ-29”ları birdən-birə Ukraynaya verməyəcək

 Polşa “MiQ-29”ları birdən-birə Ukraynaya verməyəcək
  27 Mart 2023    Oxunub:706
Polşa hakimiyyəti bütün MiQ-29 qırıcılarını birdən-birə Ukraynaya vermək niyyətində deyil, Müdafiə Nazirliyi təhvil prosesi ilə bağlı daha dəqiq məlumatı gizli saxlayır.
Bunu “RMF” radiostansiyasının efirində Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski deyib. “Hər şeyi verəcəyimizi düşünmürəm. Mütləq bir dəfəyə deyil” - o, bildirib.

Onun sözlərinə görə, döyüş təyyarələrinin təhvil verilməsi prosesi məxfilik şəraitində həyata keçirilir: “Bunun necə baş verəcəyini dəqiq deməyəcəm. Müdafiə Nazirliyi hələ də bu məsələni sirr saxlamağa üstünlük verir. Lakin təyyarələrin təhvil verilməsi ilə bağlı məlumat tezliklə ictimaiyyətə açıqlanacaq”.

Polşanın 28 ədəd “MiQ-29” qırıcısı var. Onlar Malbork şəhərindəki aviabazada yerləşdirilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti