Bir sıra aviaşirkətlər İsrailə reysləri ləğv etdi

   Bir sıra aviaşirkətlər İsrailə reysləri ləğv etdi
  27 Mart 2023    Oxunub:446
İsraildəki etirazlarla bağlı ölkənin əsas Ben Qurion hava limanının işi iflic olub.
İsrailə uçuşlarının bir hissəsini “Air Canada”, “Turkish Airlines”, “Finnair”, “Wizz Air”, “Etihad” və “Emirates” ləğv edib. Eyni zamanda İsrailin altı ölkədəki səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.

Xatırladaq ki, martın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Yoav Qalantı istefaya göndərib. Bu qərarın elan olunmasından sonra İsraildə kortəbii etirazlar başlayıb. Martın 27-də B.Netanyahu məhkəmə islahatlarının dayandırılacağını açıqlayıb. Baş nazir bunu Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.

B.Netanyahunun rəsmi açıqlaması Bakı vaxtı ilə saat 11:00-a planlaşdırılsa da, hələ də baş tutmayıb. Son məlumata görə, nümayişçilər İsrail parlamentinin binasına daxil olublar.

AzVision.az

Teqlər:







Xəbər lenti