Kabildə partlayış: 6 nəfər ölüb

   Kabildə partlayış:    6 nəfər ölüb
  27 Mart 2023    Oxunub:807
Kabildə partlayış baş verib. Bu barədə Emergency beynəlxalq tibb təşkilatı "Twitter"də məlumat yayıb.
TOLOnews telekanalının Kabil polis idarəsinin sözçüsü Xalid Zadrana istinadən verdiyi məlumata görə, azı 6 nəfər həlak olub. Onun sözlərinə görə, daha bir neçə nəfər, o cümlədən Taliban hərəkatının üç tərəfdarı yaralanıb.

Zadran qurbanların dəqiq sayını açıqlamayıb. Onun iddiasına görə, insident Kabilin mərkəzindəki Malik Əsgər meydanında baş verib. Partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. O, yerli təhlükəsizlik qüvvələrinin üzvləri tərəfindən məhv edilib.

Taliban hərəkatı tərəfindən təyin edilmiş yerli administrasiyanın nümayəndələri hələlik Kabildə partlayışla bağlı məlumatı şərh etməyiblər.

Bundan əvvəl Emergency beynəlxalq tibb təşkilatı "Twitter"də Əfqanıstan Xarici İşlər Nazirliyinin Kabildəki binası yaxınlığında baş vermiş partlayış nəticəsində azı 2 nəfərin öldüyünü, biri uşaq olmaqla 12 nəfərin yaralandığını bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti