Ukraynada məşhur Rusiya qəhrəmanı öldürüldü - FOTO

   Ukraynada məşhur Rusiya qəhrəmanı öldürüldü   - FOTO
  27 Mart 2023    Oxunub:955
Məşhur Rusiya Qəhrəmanı, polkovnik-leytenant Dmitri Lisiçki ölüb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
"Baza" Telegram kanalı onun intihar etdiyini yazıb.

Ukraynada məşhur Pskov desant komandiri öldürülüb - FOTO
Stavropol Dövlət Aqrar Universitetinin rektoru Vladimir Sitnikov isə qeyd edib ki, ali təhsil ocaqlarının məzunu olmuş və bir ay əvvəl tələbələrlə görüşmüş Lisiçki döyüşdə həlak olub. Polkovnik- leytenant desant-hücum batalyonunun komandiri olub.


"O, cəsarətli, şərəfli və ləyaqətli insan idi. Bütün kollektiv və mən şəxsən bu itkiyə yas tuturuq", - TASS Sitnikovun fikirlərindən sitat gətirib.

Məşhur Rusiya Qəhrəmanının ölümü ilə bağlı məlumatı Stavropol diyarının Blaqodarnenski rayonunun rəhbəri Aleksandr Tenkov da təsdiqləyib. O qeyd edib ki, Lisiçki Burlatskoye kəndindən idi və Blaqodarnenski rayonunun fəxri vətəndaşı olub.

Məlumata görə 48 yaşlı hərbçi Donbasla yanaşı Abxaziya, Dağıstan, Çeçenistan, keçmiş Yuqoslaviya və Suriyadakı hərbi əməliyyatlarda da iştirak edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Qəhrəman  





Xəbər lenti