Turşsuda təxribat törədən texnikalar Ermənistana qayıtdı -VİDEO

   Turşsuda təxribat törədən texnikalar Ermənistana qayıtdı    -VİDEO
  27 Mart 2023    Oxunub:1063
Xəbər verdiyimiz kimi ermənilərə məxsus texnikalar Xankəndi-Turşsu yolunda qanunsuz olaraq asfaltlama işləri aparırdılar. Bundan sonra Azərbaycan kəskin etiraz və bəyanatlar yaydı, eləcə də ordu xüsusi tədbirlər gördü.
Bu gün isə məlum olub ki, Ermənistandan Azərbaycan ərazilərinə gətirilmiş həmin texnikalar gəldiyi kimi də geri qayıdırlar. Bu barədə məlumat yayan erməni jurnalist Bela Laertovna deyib ki, Ermənistandan gətirilmiş xüsusi texnikaların geri qaytarılmasını əks etdirən video da var.

Ermənilər Qarabağda qanunsuz yollar çəkirlər - VİDEO
O qeyd edib ki, "alternativ yolda işləyən texnikanın Ermənistana qayıtdığını yazırlar... Yəni biz o qədər acizik ki, bunu da edə bilmədik”.

Xatırladaq ki, bir neçə gün öncə erməni separatçılarının Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunu çəkdikləri müəyyən edilmişdi.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Texnika  





Xəbər lenti