"Hər onuncu vətəndaş keyfiyyətsiz qidaya görə zəhərlənir" - Erməni rektor

   "Hər onuncu vətəndaş keyfiyyətsiz qidaya görə zəhərlənir"    - Erməni rektor
  27 Mart 2023    Oxunub:908
“Hər onuncu Ermənistan vətəndaşı keyfiyyətsiz qida qəbulu nəticəsində zəhərlənir". AzVision.az xəbər verir ki, bunu İrəvan Dövlət Tibb Universitetinin rektoru Armen Muradyan deyib.
Onun sözlərinə görə, insanların kifayət qədər qida qəbul etməsi, onun strukturu və düzgün qidalanma ilə yanaşı, qida təhlükəsizliyi də vacibdir. Rektor ermənilərə bu mövzuda məsuliyyətsiz yanaşılmasından gileylənərək dünyadakı statistikalardan da misallar çəkib. O qeyd edib ki, təqribən 600 milyon insan (dünyada təxminən hər 10 nəfərdən 1-i) çirkli və yaxud yararsız qidaların qəbulundan əziyyət çəkir və hər il 420 min insan məhz bu səbəbdən ölür.

Rektorun sözlərinə görə qida ilə keçən xəstəliklər səhiyyə sistemlərini yükləyir və milli iqtisadiyyata, turizmə və ticarətə zərər verməklə iqtisadi-sosial inkişafa da mane olur.

"Qida təhlükəsizliyi məsələsi Ermənistan üçün də aktualdır, bağırsaq infeksiyaları ilə bağlı xəstəliklərin mənfi göstəriciləri əhəmiyyətli dərəcədə artıb. Həmçinin vətəndaşların tez-tez qida zəhərlənməsinə mərzu qalmaları xəbərləri var. Belə ki, Ermənistanda hər onuncu şəxs keyfiyyətsiz qida qəbulu nəticəsində zəhərlənir, hər il 9 minə yaxın bağırsaq infeksiyası qeydə alınır ki, bu da çox vaxt zəhərli qida və əl gigiyenası qaydalarının pozulması nəticəsində baş verir", - qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Zəhərlənmə  





Xəbər lenti