İsrailin ədliyyə naziri: "Məhkəmə islahatlarının dayandırılması qaçılmazdır"

      İsrailin ədliyyə naziri:    "Məhkəmə islahatlarının dayandırılması qaçılmazdır"
  27 Mart 2023    Oxunub:808
İsrailin ədliyyə naziri, ölkənin məhkəmə sistemində islahatların təşəbbüskarlarından biri olan Yariv Levin bildirib ki, islahatlarının dayandırılması qaçılmazdır.
Bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb. Onun sözlərinə görə, islahatı dayandırmaqdan başqa yol yoxdur: "Başa düşdüm ki, islahatın həyata keçirilməsini gecikdirməkdən başqa yolum yoxdur. İndi vəzifə bununla bağlı hökuməti buraxmaqla hədələyən Milli Təhlükəsizlik Nazirini və "Yəhudi Gücü" partiyasının lideri İtamar Ben-Qviri inandırmaqdır".

AzVision.az


Teqlər:





Xəbər lenti