"Putinin Türkiyəyə səfəri gözlənilmir" - Peskov

   "Putinin Türkiyəyə səfəri gözlənilmir" -    Peskov
  27 Mart 2023    Oxunub:836
Rusiya Federasiyası prezidenti Vladimir Putinin Türkiyəyə səfəri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə gözlənilən səfəri ilə bağlı yayılan məlumatları təkzib edib.

Kreml sözçüsü belə bir səfərin hazırlanıb-hazırlanmaması ilə bağlı suala "xeyir" cavab verib.

Putinin Ankaraya səfərilə bağlı iddialar daha əvvəl Türkiyə mətbuatında yer alıb.

Rusiya Prezidenti türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mütəmadi olaraq telefonla əlaqə saxlayıb. Yalnız bu ilin əvvəlindən liderlər arasında altı söhbət olub ki, onlardan sonuncusu martın 25-i baş tutub. İki ölkə liderləri ötən ilin oktyabrında Astanada görüşüblər.

AzVision.az



Teqlər:





Xəbər lenti