Mariupolda polis rəisinin avtomobilini partlatdılar

   Mariupolda polis rəisinin avtomobilini partlatdılar
  27 Mart 2023    Oxunub:954
Ukraynanın Donetsk vilayətində partlayış olub. Nəticədə polis rəisi ağır xəsarətlər alıb.
Qeyd edilir ki, naməlum şəxslər Mariupol şəhərinin rəisi Mixail Moskvinin avtomobilini partladıblar.

"Polis rəisinin avtomobili səhər saatlarında partladılıb", - qondarma "Donetsk Xalq Respublikasının" sözçüsü TASS-a açıqlamasında deyib.

Qeyd edilir ki, rəis ağır kəllə-beyin travması alsa da sağ qalıb. Avtomobil Moskvindən bir neçə metr aralıda partlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti