Rusiya ordusu üçün "Kirpi" robotu hazırlanıb

 Rusiya ordusu üçün    "Kirpi" robotu    hazırlanıb
  27 Mart 2023    Oxunub:1193
Rusiya ordusu üçün zirehli texnikaları məhv edən xüsusi robot hazırlanıb. AzVision.az xəbər verir ki, bu barədə “Spektr Engineering” konstruktor bürosunun icraçı direktoru Andrey Bratenkov məlumat yayıb.
Onun sözlərinə görə bu, daha çox "yerüstü dron" kimi fəaliyyət göstərəcək və “Kirpi” adlandırılacaq.

Direktor qeyd edib ki, dron beş kiloqrama qədər yük daşıya bilir. Onun işləmə məsafəsi beş kilometrdir: “Biz xaricdə belə dronlardan istifadə təcrübəsini nəzərdən keçirdik və belə qənaətə gəldik ki, maksimum şəkildə ucuz aparat ərsəyə gətirmək lazımdır”.

“Kirpi” zirehli hədəflərlə mübarizə aparmaqla yanaşı, səngərlərdə düşmən piyadalarını məhv etmək üçün nəzərdə tutulub. Aparatın təkərli versiyada istehsalı planlaşdırılır ki, bu da onun manevr qabiliyyətini artıracaq və istehsalı ucuzlaşdıracaq.

Tural Tağıyev
AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti