Netanyahu məhkəmə islahatlarını dayandıracağına söz verdi - YENİLƏNİB

 Netanyahu məhkəmə islahatlarını dayandıracağına söz verdi  -  YENİLƏNİB
  27 Mart 2023    Oxunub:1708
İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarını dayandıracağını söz verdi.
Bu barədə İsrailin “Kan” dövlət radiosu bildirib. Baş nazir bu barədə Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bəyan edib.

***

İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə sistemində islahatların dayandırıldığını elan edə bilər.

Bu barədə İsrailin “Kan” dövlət radiosu baş nazirin ofisindəki mənbələrə istinadən məlumat verib. Netanyahunun rəhbərlik etdiyi Likud partiyasındakı mənbə eyni zamanda radiostansiyaya izah edib ki, islahatın dayandırılması yalnız Knessetin müvafiq komitəsi hakimlərin təyinatı üzrə komitənin tərkibinin dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiqlədikdən sonra mümkündür.

Qeyd edək ki, İsrail Prezidenti İsxak Hersoq Baş nazir Binyamin Netanyahudan ölkədə son illərdə ən böyük etirazlara səbəb olan məhkəmə islahatları prosesini dayandırmağa çağırıb.
Xatırladaq ki, İsraildə martın 26-da axşam saatlarında başlayan kortəbii etirazların səbəbi Netanyahunun elan etdiyi ölkənin müdafiə naziri Yoav Qalantın istefası olub. Hökumət başçısı bu qərarı Qalantın bir gün öncə açıq şəkildə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olduğu məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bildirəndən sonra verib.

Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. Netanyahu israr edir ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti