Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
  25 Mart 2023    Oxunub:1209
Türkiyənin Kahramanmaraş əyalətində 4,5 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Ekinözlü rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

AzVision.az

Teqlər:







Xəbər lenti