Ukraynanın bərpasına 411 milyard dollar lazımdır

 Ukraynanın bərpasına 411 milyard dollar lazımdır
  22 Mart 2023    Oxunub:949
Dünya Bankı, Avropa Komissiyası və Kiyevdəki səlahiyyətlilər Ukraynanın yenidən qurulmasını 411 milyard dollar dəyərində qiymətləndiriblər.
Bu barədə Reuters məlumat yayıb. Məlumata görə, qeyd edilən məbləğ Ukraynanın ÜDM-sindən 2,6 dəfə çoxdur.

2022-ci ilin sentyabrında analoji araşdırma Ukraynanın yenidən qurulmasının dəyərini 349 milyard dollar qiymətləndirib. Bu il ölkənin yenidənqurma üçün 14 milyard dollar investisiyaya ehtiyacı var. Ukraynanın enerji sisteminə dəyən ziyan 2022-ci ilin iyun ayına olan təxminlərlə müqayisədə 5 dəfə artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti