Keçmiş Baş nazirlər Sunaka qarşı

   Keçmiş Baş nazirlər Sunaka qarşı
  22 Mart 2023    Oxunub:797
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass sələfi Boris Consona qoşularaq Britaniya hökumətinin Brexitdən sonra Şimali İrlandiyada ticarət sazişləri üzrə Avropa İttifaqı ilə razılaşmasını tənqid etməyə hazırlaşır.
“Reuters” yazır ki, qadın siyasətçi Britaniya Nazirlər Kabinetinin hazırkı rəhbəri Rişi Sunakın bağladığı sövdələşməyə etiraz etmək niyyətindədir. Bu, Böyük Britaniya və Aİ arasında sazişdə bir alətdir və çəkindirmə funksiyasını yerinə yetirməlidir. Stormont əyləci vasitəsilə Şimali İrlandiya Assambleyası Aİ malları haqqında qanuna edilən dəyişikliklərin tətbiqini dayandıra bilər, sonra isə Böyük Britaniya hökuməti Şimali İrlandiyada qanunun daimi olaraq dayandırılmasına veto qoya bilər.

Daha əvvəl mətbuatda Boris Consonun krallıq parlamentinin martın 22-də keçiriləcək iclasında Sunakın Brexit razılaşmasının əleyhinə səs verəcəyi xəbəri yayılıb. Qeyd edildiyi kimi, siyasətçi Aİ ilə sazişləri “qəbuledilməz” hesab edir, çünki onlar, xüsusən də Şimali İrlandiyanı bütün Böyük Britaniyanın fonunda fərqləndirir.


AzVision.az


Teqlər:





Xəbər lenti