Lukaşenko Putinlə Polşanı müzakirə edəcək

   Lukaşenko Putinlə Polşanı müzakirə edəcək
  22 Mart 2023    Oxunub:924
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə Polşanın Rusiya ilə münaqişəyə girməklə bağlı bəyanatını müzakirə edəcəyini bildirib.
Onun sözlərinə görə, liderlər ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini, habelə qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, Polşanın Fransadakı səfiri Yan Emerik Roşişevski bildirib ki, Kiyev hakimiyyəti döyüş meydanında öz ölkəsini müdafiə edə bilməsə, məğlub olacağı təqdirdə Polşa ordusu Rusiya ilə birbaşa qarşıdurmaya getməli olacaq.

“Ukrayna öz müstəqilliyini müdafiə edə bilməsə, bizim münaqişəyə girməkdən başqa çarəmiz qalmayacaq”, o, “LCI” telekanalında deyib.


AzVision.az


Teqlər:





Xəbər lenti