ABŞ-da evlər son 11 ildə ilk dəfə ucuzlaşıb

   ABŞ-da evlər son 11 ildə ilk dəfə ucuzlaşıb
  22 Mart 2023    Oxunub:773
2023-cü ilin fevral ayının sonunda ABŞ-da ev qiymətləri son 11 ildə ilk dəfə ucuzlaşmağa başlayıb.
Bu barədə “New York Post” məlumat yayıb. Ölkənin Daşınmaz Əmlak Dilerləri Milli Assosiasiyası evlərin orta qiymətinin 363 min dollara düşdüyünü və bu göstəricinin ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% az olduğunu bildirib. Eyni zamanda, ABŞ-da mənzil qiymətləri bundan əvvəl 131 ay ardıcıl olaraq artmışdı.

Nəşr qeyd edib ki, qiymətlər ən çox mənzilin orta hesabla 5,6% ucuzlaşdığı qərbdə 541 min dollara düşüb. Ölkənin şimal-şərqində isə mənzil 4,5% ucuzlaşaraq 366 min dollara düşüb.


AzVision.az


Teqlər:





Xəbər lenti