Fransada aksiyalar: 855 nəfər saxlanılıb

   Fransada aksiyalar:    855 nəfər saxlanılıb
  22 Mart 2023    Oxunub:997
Fransada pensiya islahatına qarşı keçirilən nümayişlər zamanı 855 nəfər saxlanılıb.
Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərin yalnız ikisi azad edilib. Bundan əvvəl Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Olivye Veran bildirmişdi ki, Fransa hökuməti pensiya islahatlarına görə tətil edən zavodun işçilərini məcburi şəkildə işə cəlb edir.

Paris meriyası parlamentdə səsvermədən yan keçərək hakimiyyət tərəfindən qəbul edilmiş pensiya islahatının səbəb olduğu Fransa paytaxtında etirazların nəticələrini aradan qaldırmaq üçün böhran qərargahı açıb.

AzVision.az


Teqlər:





Xəbər lenti