Stoltenberq: "Putin qalib gəlməməlidir"
O, bəyan edib ki, müharibə əslində 2014-cü ildə Rusiyanın Krımı qeyri-qanuni ilhaq edib Ukraynanın şərqinə daxil olması ilə başlayıb və İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük təhlükəsizlik böhranına səbəb olub.
“Bu, təkcə Ukraynanın azad və müstəqil ölkə kimi mövcudluğuna deyil, bütün mövcud qaydalara əsaslanan beynəlxalq nizama birbaşa təhlükədir. Putin qalib gəlməməlidir. Əgər o qalib gəlsə, bu, aqressiyanın işlədiyini və güc tətbiq etməklə öz istədiyinə nail olmanın mümkünlüyünü sübut edəcək. Belə hal isə həm öz təhlükəsizliyimiz, həm də qlobal təhlükəsizlik üçün təhdid yaradacaq”, - Stoltenberq bəyan edib.
AzVision.az
Teqlər: NATO