Ukrayna müharibəsində PUA vurulması adi xəbər olsa da Bryansk vilayətinin sərhədində sıradan çıxarılmış bu qurğu ənənəvi üsulla zərərsizləşdirilməyib. Belə ki, pilotsuz təyyarə 600 metr məsafədən adi avtomatla vurulub.
Nəşr yazır ki, qeyd edir ki, "təxminən 600 metrlikdən dəqiq hədəfə alınaraq atəş açılıb və güllə pilotsuz təyyarənin pərinə tuş gəlib".
PUA-nın kəşfiyyat xarakterli uçuş etməsi ehtimal edilir. Çünki üzərində sursat olmayıb.
Qeyd edək ki, Ukrayna ordusu 2017-ci ildən “Valkiriya” PUA -larından istifadə edir. Dronun təxmini dəyəri 2 milyon rubl təşkil edir.
Tural Tağıyev
AzVision.az
Teqlər:
PUA
Ukrayna
Rusiya