"Kiyevə F-16-lar verməyi düşünmürük" - Ağ Ev

"Kiyevə F-16-lar verməyi düşünmürük"    - Ağ Ev
  21 Mart 2023    Oxunub:939
"Birləşmiş Ştatlar Ukraynaya qırıcı təyyarələrin tədarükü məsələsini nəzərdən keçirmir. Diqqət “Kiyevin tezliklə ehtiyac duyacağı” silahlara yönəlib".
AzVision.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Prezident açıq şəkildə bildirdi ki, hazırda F-16-ların Ukraynaya çatdırılması məsələlərini araşdırmırıq. Biz bildiyimiz sistemləri prioritetləşdirməyə çalışırıq ki, onlar da qarşıdakı həftələrdə və aylarda mütləq dərəcədə ən çox ehtiyac olacaq məsələlərdir. Konkret olaraq bunlar artilleriya, sursat, hava hücumundan müdafiə vasitələri və zirehli maşınlardır", - Kirbi MSNBC-də bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti