Türkiyədəki zəlzələlərin vurduğu ziyan açıqlanıb

   Türkiyədəki zəlzələlərin vurduğu ziyan açıqlanıb
  20 Mart 2023    Oxunub:1291
Türkiyədəki zəlzələlərin vurduğu ziyanın məbləği 104 milyard dollardır.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ölkənin hədəfi bir il içərisində zəlzələ bölgəsində evləri tikib tamamlamaqdır.

Ərdoğan Avropa İttifaqı, BMT və digər beynəlxalq təşkilatlara, o cümlədən Türkiyəyə kömək edən dövlətlərə təşəkkür edib.

"Zəlzələ bölgəsindəki 11 əyalətdə dağılmış, təcili sökülən, ağır zədələnmiş və ya istifadəyə yararsız binaların sayı 298 minə çatır".

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 096 nəfərə, yaralıların sayı isə 107 204 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti