Qazaxıstandakı parlament seçkilərinin ilkin nəticələri

   Qazaxıstandakı parlament seçkilərinin ilkin nəticələri
  19 Mart 2023    Oxunub:878
Xəbər verdiymiz kimi, bu gün Qazaxıstanda parlament seçkiləri keçirilib.
AzVision.az xəbər verir ki, ölkənin "KazTAG" agentliyi seçkilərin nəticələrinə dair ilkin "exit-poll" nəticələrini açıqlayıb. Avrasiya İnteqrasiya İnstitutunun məlumatına görə, hakim "Amanat" partiyası 53.46% səs qazanıb. İnstitutun açıqlamasında partiyaların qazandıqları səslər aşağıdakı kimidir:

53,46% - Amanat

10,52% - "Aul"

8,9% - Respublika

6,25% - Xalq Partiyası

3,22% - Baytak

7,87% - "Ak Yol"

5,31% - Milli Sosial Demokrat Partiyası

Bundan başqa, Demokratiya İnstitutu və Kompleks Sosial Araşdırmalar İnstitutunun açıqladığı məlumatlarda da hakim partiyanın 53-54% səs topladığı bildirilir.
AzVision.az


Teqlər:





Xəbər lenti