Ekvadorda güclü zəlzələ: 13 nəfər ölüb

   Ekvadorda güclü zəlzələ:   13 nəfər ölüb
  19 Mart 2023    Oxunub:1230
Ekvadorda baş verən zəlzələ nəticəsində 13 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Xidməti bildirib.

Xidmətin məlumatına görə, təbii fəlakət nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib, 7 bina tamamilə dağılıb, 17 təhsil müəssisəsinin və 31 tibb məntəqəsinin binasına da ciddi ziyan dəyib.

Xatırladaq ki, şənbə günü Ekvadorun cənubunda 6,8 gücündə zəlzələ baş verib.

İlkin məlumatlara görə El Oro və Asuay əyalətlərində ən azı 11 nəfərin həyatını itirməsi barədə məlumat verilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti